Kumulyativ İllik Artım Tempi, Toplanan İllik Artım Tempi

müəyyən vaxt ərzində investisiyanın dəyərinin və ya gəlirin həcminin orta illik artım sürətini xarakterizə edən göstərici.
Kumulyativ
Kumulyativ İmtiyazlı Səhmlər
OBASTAN VİKİ
Nitqin tempi
Nitqin tempi (ing. Speech tempo, rus. Темп речи) – nitqin elementlərinin (səslər, hecalar, sözlər) tələffüz edilməsi sürətidir. Prosodik elementlərə aiddir, intonasiyanın komponentlərindən biridir. Normal nitq tempi – test frazasının orta müddəti 2.4 saniyəyə bərabər olduqda nitqin tələffüz sürətidir. Sürətli nitq tempi – test frazasının orta müddəti 1.5-1.6 san olduqda nitqin tələffüz sürətidir. İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti", 2015, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
Artım dağı
Artım dağı — Ordubad rayonu ərazisində dağ (hünd. 2734,9 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Səfərdərə yüksəkliyindən (3826,4 m) cənub-qərbə ayrılan Xoşkeşin qolunun suayırıcısında zirvə. Parağaçay qəsəbəsindən 1,8 km cənub-şərqdə, Gurdağdan 600 m cənub-qərbdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb kənarında, Kilit-Kotam qalxımının mərkəzi strukturu olan Kilit-Ağrıdağ antiklinalının maili şimal-şərq qanadında yerləşir. Zirvə hissəsində şimal-qərb istiqamətli fay qırılması müşahidə edilir. Şimal-şərq yamacında Kələki lay dəstəsinin süxurları Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qabbro-qranit formasiyasına aid qabbro və qabbro-dioritlərilə yarılmışdır, qərb yamacında isə andezibazalt tərkibli intruziv kütlə açılır.
Artım modelləri
Artım sürəti
Eksponent artım
Eksponent artım — artım sürəti kəmiyyətin özü ilə mütənasib olduqda kəmiyyətdəki artım. Eksponensial qanununa tabedir. Eksponensial artım daha yavaş (kifayət qədər uzun müddət ərzində) xətti və ya güc asılılıqları ilə ziddiyyət təşkil edir. Bərabər fasilələrlə ayrı-ayrı tərif sahəsi olduqda, buna həndəsi artım və ya həndəsi parçalanma da deyilir (funksiyanın dəyərləri həndəsi bir irəliləyiş əmələ gətirir). Eksponensial artım modelini maltuzian artım modeli olaraq da bilinir. Hər hansı bir dərəcədə böyüyən bir miqdar üçün dəyər nə qədər yüksək olarsa, o qədər sürətli böyüyür. Bu da asılı dəyişənin böyüklüyü və artım sürətinin birbaşa mütənasib olduğunu göstərir. Ancaq eyni zamanda, hiperbolikdən fərqli olaraq, üstel əyri heç vaxt sonlu bir müddətə sonsuzluğa getmir. Nəticədə, eksponent artım, hər bir eksponent artımdan və üstəlik, hər hansı bir xətti artımdan daha sürətli olur. Eksponent artım diferensial tənliklə təsvir olunur: d x d t = k x {\displaystyle {\frac {dx}{dt}}=kx} Diferensial tənliyin həlli — eksponent funksiyadır ( a = 1 {\displaystyle a=1} və k = 1 {\displaystyle k=1} eksponent olur): x = a e k t {\displaystyle x=ae^{kt}} Eksponensial artımın nümunə olaraq resurs məhdudiyyətlərindən əvvəl koloniyada bakteriya sayında artım ola bilər.
İqtisadi artım
İqtisadi artım (ing. economic growth) — bir ölkənin ölçüləbilən iqtisadi faktorlarının müəyyən müqayisə edilən dövr içində kəmiyyət baxımından dəyişməsidir. Ölkənin ümumdaxili məhsul həcminin artması həm iqtisadi böyümə və həm də iqtisadi inkişaf kimi ələ alınır. Burada iqtisadi artımla birgə əhalinin də artımı nəzərə alınır. Artım ölçülə bilən xüsusiyyətdə olduğu üçün mənfi (azalma, daralma) və ya müsbət (artım) kimi nəticəsi ola bilər. Məsələn, iqtisadiyyatda müxtəlif ölçüləbilən xarakterlər: ÜDM, işlə təminat, ixracda, idxalda artım, əhali artımı və s. Bu ölçülər müəyyən dövrə aid hesablanır və müəyyən bir dövrlə də müqayisə edilir. Buna görə də burda həm riyazi olaraq artım, həm də azalma baş verə bilər. Ancaq həm ÜDM-nin həm də əhali sayının artması eyni zamanda baş verməyə bilər. Və ya əhali artımı daha çox ÜDM isə nisbətən az arta bilər.
Tempi Madonna (Rafael)
Tempi Madonna — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1508 - ci ildə, yaradıcılığının Florensiya dövrünün sonuna yaxın işləmişdir. Tempi ailəsi üçün çəkilmiş əsər 1829-cu ildə Bavariyalı I Lüdviq tərəfindən alınmışdır. Əsər hazırda Münix şəhərindəki Köhnə Pinakotek muzeyində saxlanılır.
İllik amplituda
İllik hesabat
İllik moren
İllik moren (rus. морена годичная, ing. annual moraine) — xırda lüləşəkilli /valşəkilli/ son moren tirələri olub, adətən bir-birinə paralel yerləşir, intensiv deqlyasiyasiya prosesi zamanı buzun tez geri çəkilməsi şəraitində buzlağın kənarının illik vəziyyətinin ardıcıl dəyişməsini göstərir. İ. m. adətən dil şəkilli hövzələrə uyğun gələn iri göllərin sahilində yerləşir.
İqtisadi artım nəzəriyyəsi
İqtisadi artım nəzəriyyəsi — əhalinin gəlir səviyyəsindəki fərqlərin səbəblərini və ölkələr arasında uzun müddətli iqtisadi artım templərini, habelə ölkələrin davamlı inkişaf trayektoriyasına girmə şərtlərini və yüksək artım templərini uzun müddətli qoruyan iqtisadi nəzəriyyə. Bu problemləri araşdıran ilk tədqiqatlar, ən geniş yayılmış konsepsiya doğum nisbətini azaltmaq olan Maltuzianizm olduğu 18-ci əsrin sonunda ortaya çıxdı. 1930-cu illərin ortalarından etibarən, "böyük təkan" nəzəriyyəsi 1940-cı illərin ortalarından bəri iqtisadi artımdakı əsas konsepsiya olan iqtisadiyyata üstünlük verməyə başladı. İqtisadiyyatı dövlət investisiyaları hesabına sənayeləşdirmək üçün maliyyə və pul siyasəti yolu ilə dövlət tərəfindən vəsait toplanmasını öz üzərinə götürdü. 1950-ci illərin sonunda, iqtisadi böyümə məsələlərində tarazlığa və davamlılığa nail olmaq məsələləri üzərində dayanaraq davamlı böyümə trayektoriyasına daxil olmaq üçün heç bir resept irəli sürməyən neoklassik modellər üstünlük təşkil etməyə başladı. 1980-ci illərin sonlarında iqtisadi böyüməni empirik olaraq təsdiqlənməmiş həm fiziki, həm də insani kapitaldan xarici təsirlər yolu ilə izah edən modellər hazırlandı. 1990-cı illərin əvvəllərində iqtisadi artımı TƏ-İN sektorunda inkişaf etdirilən yeni məhsulların istehsalından əldə olunan inhisar mənfəətinin nəticəsi kimi izah edən modellər hazırlandı. Hal-hazırda yeni klassik nəzəriyyə, yeni institusional nəzəriyyə və vahid bir böyümə nəzəriyyəsi iqtisadi böyümənin səbəbləri və mexanizmləri haqqında düşüncələrini təklif edir. İqtisadiyyat üzrə bir çox Nobel mükafatı laureatı bu sahədə araşdırma aparmışlar: Robert Solou, Tyallinq Kupmans, Pol Samuelson, Kennet Errou, Piter Daymond, Robert Lukas və Pol Romer. Müasir iqtisadiyyatın fərqli bir xüsusiyyəti, fərqli ölkələrdə adambaşına gəlir səviyyəsində əhəmiyyətli bir dəyişiklikdir.
Orta illik temperatur
Temperatur-cisimlərin qızma dərəcəsini xarakterizə edən fiziki kəmiyyətdir. Temperatur termometr adlanan cihala ölçülür. Orta illik temperatur orta aylıq temperaturların 12 aydakı ədədi ortasıdır. Bu temperatur ərazinin istilik miqdarı haqqında dəqiq təsəvvür yaratmır və temperaturun illik gedişini əks etdirmir. Digər tərəfdən orta temperaturlar, ekstremal temperaturlar barədə təsəvvür yaratmır ki, bu da kənd təsərrüfatı bitkiləri üçün xüsusilə vacibdir.
Yüz illik müharibə
Yüzillik müharibə (İngiliscə: The Hundred Years' War) – Plantagenetlər, Valualar və İngiltərə kralları arasında Fransa taxtı uğrunda baş tutan və 1337-1453-cü illəri əhatə edən müharibədir. Müharibənin tərəfləri digər Avropa dövlətlərini də müharibəyə sürüklədi. Qərbi Avropanın ən böyük krallığı uğrunda gedən bu müharibə hər iki rəqib sülalədə nəsillər boyunca davam etmiş, bununla yanaşı bu dövlətlərdə milli kimlik hissi formalaşdırmışdır. Fransa və İngiltərə taxtları arasındakı bu qarşıdurma İngiltərə kral sülaləsinin fransız əsilli olması səbəbilə, əslində əsrlər öncəsindən qaynaqlanırdı. Bu səbəblə İngiltərə kralları daim Fransadakı bəzi mülklərdə haqq iddia etmiş, beləcə Fransa krallarının vassalına çevrilmişdi. Bundan istifadə edən Fransa kralları isə ingilislərin həddindən artıq yüksəlməsinin önünü almağa çalışmış, onların şotlandlarla olan münaqişələrindən istifadə edərək bölgədəki ingilis mülklərini xırda-xırda ələ keçirmişdilər. Belə ki, vaxtilə Fransa kral mülklərini belə kölgədə qoyan ingilis mülklərindən 1337-ci ildə sadəcə Qaskoniya qalmışdı. 1328-ci ildə Fransa kralı IV Çarlz geridə vəliəhd buraxmadan vəfat etdi. Üstəlik ölümündən öncə sülalənin qadın üzvlərinin taxt hüquqlarını ləğv edən bir fərman da imzalamışdı. Mərhum kralın ən yaxın kişi qohumu isə İngiltərə kralı olan bacısı oğlu III Eduard idi.
İllik göstərici (iqtisadi)
İllik hesablı səviyyə
İllik tektonik relyef
İllik tektonik relyef (rus. первично-тектонический рельеф, ing. initial tectonic relief) — təbiətdə nadir hallarda müşahidə edilən, səthi tektonik proseslərlə zəif deformasiya olunmuş, relyef forması. Mis: Zəlzələ zamanı yaranmış və eroziya ilə hələlik parçalanmamış pillə. İlkin tektonik relyefə həmçinin denudasiyaya zəif məruz qalmış antik-linalları, sinklinalları və digər tek-tonik strukturları aid etmək olar. Mis: Qaraməryəm tirəsi, Padar qalxması və s.
İllik faiz gəliri
İllik faiz gəliri (ing. Annual Percentage Yield, APY) — depozitlərə və ya investisiya məhsullarına mürəkkəb faizlərin tətbiqi nəzərə alınmaqla hesablanmış gəlir dərəcəsi. Müxtəlif gəlir hesablama intervalları ilə (illik mürəkkəb faiz dərəcəsi ilə faizlər ildə bir neçə dəfə hesablandıqda) illik mürəkkəb faizlər üzrə gəlirlərin müqayisəsini sadələşdirməyə imkan verir. İllik faiz gəliri (APY) gəlir dərəcəsini göstərir ki, sanki illik mürəkkəb faiz ildə bir dəfə hesablanır və ildə bir neçə dəfə ödənilən, sözügedən illik mürəkkəb faizlərin hesablanması zamanı olduğu kimi eyni yığılmış dəyəri (gələcək dəyəri) verəcəkdir. A P Y = ( 1 + i n o m N ) N − 1 {\displaystyle APY=\left(1+{\frac {i_{nom}}{N}}\right)^{N}-1} burada i n o m {\displaystyle i_{nom}} — nominal illik mürəkkəb faiz dərəcəsi, N {\displaystyle N} — illik mürəkkəb faiz intervallarının sayı. Belə ki, əgər bank illik mürəkkəb faiz gəlirini gündəlik hesablayırsa (illik mürəkkəb faiz hesablama intervalı bir günə bərabərdir, ildə 365 belə interval var) N = 365 {\displaystyle N=365} , gəlir gündəlik məzənnə ilə hesablanır. i n o m N = i n o m 365 {\displaystyle {\frac {i_{nom}}{N}}={\frac {i_{nom}}{365}}} .
125 illik yol
125 illik yol — qısametrajlı sənədli filmi 2008-ci ildə çəkilmişdir. Film "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illiyinə həsr olunub. Film Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illiyinə həsr olunub. Filmdə teatrın tarixindən, burada çalışan teatr xadimlərindən bəhs olunur.
Faktiki İllik Faiz Dərəcəsi
Üç min illik arzular
Üç min illik həsrət (orijinalda ing. Three Thousand Years of Longing) — Corc Millerin rejissorluğu ilə 2022-ci ildə fentezi romantik dram janrında çəkilmiş və baş rollarını İdris Elba və Tilda Suintonun canlandırdığı bədii film. Filmin ssenarisi Corc Miller və Avqusta Qore tərəfindən yazıçı Antoniya Syüzen Bayettin 1994-cü ildə nəşr edilmiş "Bülbül gözündəki Cin" romanı əsasında yazılmışdır. Elba filmdə professor (Suinton) tərəfindən azas edilmiş cini canlandırır. Filmin ilk nümayişi 20 may 2022-ci ildə Kann kinofestivalında baş tutmuş, 26 avqust 2022-ci ildə film ABŞ-da, 7 sentyabr 2022-ci ildə isə Azərbaycanda nümayişə başlamışdır. Tarix və ədəbiyyat tədqiqatçısı Aliteya Binni narratologiya konferensiyasında iştirak etmək üçün İstanbula gəlir. O, bazarda şüşə butulka alır və qaldığı oteldə butulkanı açır. Bu zaman butulkanın içindən çıxan Cin, ondan üç arzu tutub özünü azad etməyi tələb edir. Çoxlu sayda bu cür hekayə bilən Aliteya Cinin təklifinə tərəddüdlə yanaşır, həmçinin heç nəyə ehtiyacı olmadığı üçün üç arzu fikirləşə bilmir. Cin üç dəfə həbs edilməsi haqqında hekayələr danışaraq onu arzu tutması üçün yola gətirməyə çalışır.
Üç min illik həsrət
Üç min illik həsrət (orijinalda ing. Three Thousand Years of Longing) — Corc Millerin rejissorluğu ilə 2022-ci ildə fentezi romantik dram janrında çəkilmiş və baş rollarını İdris Elba və Tilda Suintonun canlandırdığı bədii film. Filmin ssenarisi Corc Miller və Avqusta Qore tərəfindən yazıçı Antoniya Syüzen Bayettin 1994-cü ildə nəşr edilmiş "Bülbül gözündəki Cin" romanı əsasında yazılmışdır. Elba filmdə professor (Suinton) tərəfindən azas edilmiş cini canlandırır. Filmin ilk nümayişi 20 may 2022-ci ildə Kann kinofestivalında baş tutmuş, 26 avqust 2022-ci ildə film ABŞ-da, 7 sentyabr 2022-ci ildə isə Azərbaycanda nümayişə başlamışdır. Tarix və ədəbiyyat tədqiqatçısı Aliteya Binni narratologiya konferensiyasında iştirak etmək üçün İstanbula gəlir. O, bazarda şüşə butulka alır və qaldığı oteldə butulkanı açır. Bu zaman butulkanın içindən çıxan Cin, ondan üç arzu tutub özünü azad etməyi tələb edir. Çoxlu sayda bu cür hekayə bilən Aliteya Cinin təklifinə tərəddüdlə yanaşır, həmçinin heç nəyə ehtiyacı olmadığı üçün üç arzu fikirləşə bilmir. Cin üç dəfə həbs edilməsi haqqında hekayələr danışaraq onu arzu tutması üçün yola gətirməyə çalışır.
12 illik əsarət (film)
12 illik əsarət (ing. 12 Years a Slave) — Con Ridlinin ssenarisi əsasında, Stiv Makkuinin rejissorluğu ilə epik, tarixi kinodram. Solomon Nortapın eyni adda avtobioqrafiyası əsasında ekranizasiya. 30 avqust 2013-cü ildə Telluriddə gerçəkləşən kinofestivalda premyerası olmuşdur. ABŞ-də 18 oktyabr 2013, Böyük Britaniyada isə 24 yanvar 2014-cü ildə prokata çıxıb. Azərbaycanda premyera 9 dekabr 2013-cü il baş tutub.
100 illik şərəfli ömür
100 illik şərəfli ömür — Hacı Zeynalabdin Tağıyev haqqında ekranlaşdırılan bədii-sənədli film. Azərbaycan xalqının böyük oğlu, türk dünyasını iftixarı, nəcib əməlləri ilə zəngin bir insanlıq məktəbi yaradan Hacı Zeynalabdin Tağıyevin dərin və mənalı ömür yolunu əks etdirən "100 illik şərəfli ömür" bədii-sənədli filmdir. Filmdə əsas kadrların 30 faizini XX əsrin əvvəllərindəki köhnə kadrlar təşkil edir. Bu kadrlar Almaniyadan əldə olunub və Rusiyanın Sankt-Peterburq şəhərində yenidən canlandırılıb. XX əsrin əvvəllərində baş verən tarixi, siyasi proseslərə, eləcə də böyük xeyriyyəçinin həyatının müxtəlif məqamlarına güzgü tutan kadrların Almaniya arxivlərindən əldə edilməsinə böyük zaman sərf edilmişdir. Ekran əsərinin gələcəkdə müxtəlif beynəlxalq festivallarda nümayişi haqqında da düşünülür. Ssenarisi üzərində üç ildən çox çalışılmışdır. C. Qasımov, həm tələbəlik illərində, həm də sonradan əldə etdiyi məlumatlardan sənədli filmin 36 dəqiqəlik bədii-sənədli filmdə əsas kadrların 30 faizini o dövrdəki köhnə kadrlar təşkil edir. Film əsasən beynəlxalq festivallar üçün nəzərdə tutulub. Filmi 40 ölkəyə 100-dən artıq beynəlxalq festivala təqdim ediləcək.
Kumulyativ effekt
Kumulyativ effekt (lat. kumulo — toplamaq) — partlayışın təsirinin müəyyən istiqamətdə gücləndirilməsi. Bu effektə, PM-də, hədəfə tərəf istiqamətlənmiş, kumulyativ çuxurcuğun yaradılması yolu ilə nail olunur. Bunun əsasında partlayışın enerjisinin paylaşdırılması və onun təyinatlı istiqamətdə təmərküzləşdirilməsi dayanır.
Kumulyativ mərmi
Yüksək partlayıcılı tank əleyhinə mərmi (ing. high-explosive anti-tank) (HEAT) və ya Kumulyativ mərmi - kumulyativ effektdən istifadə olunan əsas artelleriya təyinatlı mərmi növüdür. Zirehli (tank, pzm və sairə), eləcə də dəmir-beton hədəfləri vurmaq üçün nəzərdə tutulur. Kumulyativ mərmi korpusdan, partlayıcı doldurucudan, kumulyativ çuxurcuqdan, partladıcıdan və trasserdən ibarətdir. Yüksək çıxış sürətini Neuman effekti ilə istifadə edərək möhkəm və qalın zirehi daha təsirli bir şəkildə vurur. Səs sürətindən 25 dəfə daha sürətli hərəkət edərək, zirehə yüksək təsir göstərir. Mərminin xarici hissəsi metal astarla örtülmüşdür. İkinci Dünya Müharibəsi dövründə misdən istifadə edilmişdir. Mərmi tank zirehinə çatmazdan 2 metr əvvəl əsasən bölünür və dağılır. HEAT mərmisinin effekttivliyi əsasən döyüş başlığının diametri ilə mütənasibdir.